2026-cı ildə Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək.
 




Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
 
Hər üç yarış Bakı Boks Mərkəzində təşkil olunacaq.
 
Aprelin 2-8-i aralığında "Böyük İpək Yolu" turniri (böyüklər) baş tutacaq.
 
Mayın 2-8-də 17 yaşadək boksçular arasında Heydər Əliyev Kuboku, dekabrın 4-dən 10-dək isə Abbas Ağalarovun xatirəsinə həsr olunan turnir keçiriləcək.