Leyla Əliyeva Omanın Turizmin İnkişafı Şirkəti tərəfindən həyata keçirilən layihələrlə tanış oldu
06 Jan 2026, 14:50 3 baxış 1 dəq oxuma
Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində (“OMRAN” - “Oman Tourism Development Company”) bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub.
Moderator.az xəbər verir ki, 2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.