"Beşiktaş" klubu qapıçısı Mert Günokla vaxtından əvvəl yolları ayırıb.


Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.






36 yaşlı qapıçı ilə 2027-ci ilin iyununa qədər olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


Qeyd edək ki, Türkiyə millisinin üzvü 2021-ci ildən "qara qartallar"ın heyətində çıxış edirdi.