Xaçmazda minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.


Moderator.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində baş verib.






Qəza zamanı “Mercedes” və KİA markalı avtomobilləri toqquşub.


Hadisə nəticəsində KİA-nın sürücüsü və maşında olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırıblar.


Faktla bağlı araşdırma aparılır.