Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Moderator.az-ın məlumatına görə, qəza Muğanlı–İsmayıllı avtomobil yolunda, Ağsu rayonunun Qırlar kəndi ərazisində axşam saatlarında qeydə alınıb.






İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.



Hadisə nəticəsində sürücü, 1994-cü il təvəllüdlü Orucov Faiq Şükür oğlu ağır xəsarət alıb. Avtomobildə olan 2002-ci il təvəllüdlü, Balakən rayon sakini Orucova Kəmalə isə hadisə yerində həyatını itirib.




Qəza zamanı xəsarət alan digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.


Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.