Qusarda bir ailə dəm qazından zəhərlənib. 
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb. 
 
Kənd sakinləri - 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Ələkbər oğlu Əlisultanov yaşadıqları evdə dəm qazından zəhərləniblər. 
 
R.Əlsultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.
 
Araşdırma aparılır.