Bakı-Şamaxı-Yevlax yolunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün saat 9 radələrində yolun 116-cı kilometrliyində qeydə alınıb. Azər Əliyevin idarə etdiyi "Tofaş" və Razim Əzizovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə "Tofaş"ın sürücüsü və iki sərnişinin xəsarət aldığı bildirilir.






Araşdırma aparılır.


 


(Oxu.az)