"Sabah" futbolçusu Neqoş Kupusoviçlə yolları ayırıb.
 




Moderator.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
 
Bildirilib ki, serbiyalı legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Qeyd edək ki, N.Kupusoviç 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı.
 
O, komandanın heyətində 29 oyun keçirib.