Güləş üzrə Azərbaycan çempionatında maraqlı final qarşılaşması olacaq.
 




Moderator.az xəbər verir ki, "Neftçi" İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları yunan-Roma güləşi üzrə yarışda 97 kiloqram çəkidə finala vəsiqə qazanıblar.
 
Onlar bu gün keçirilən final qarşılaşmasında üz-üzə gələcəklər.
 
97 kq
 
Məhəmməd Əhmədiyev ("Neftçi") - Murad Əhmədiyev ("Neftçi")