Xəbər verdiyimiz kimi, bu gün Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.


Moderator.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Güləş Federasiyası veteran güləşçiləri mükafatlandırıb.






Belə ki, federasiya tərəfindən sabiq idmançılar Mariya Stadnik, Rəsul Çunayev, Hacı Əliyev, Taleh Məmmədov və Rafiq Hüseynova xüsusi hədiyyələr verilib.