Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.


Moderator.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.






Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Kənan Elmar oğlu Əsədov DGK-nin aparat rəhbəri təyin edilib.


30 yaşlı K.Əsədov 2023-ci ilin oktyabr ayından aparat rəhbərinin müavini vəzifəsində işləyirdi.