AzTV-nin Teleradio Akademiyası media nümayəndələri üçün treninqlərə başlayır - VİDEO
09 Jan 2026, 14:24 3 baxış 1 dəq oxuma
AzTV-nin Teleradio Akademiyası media nümayəndələri üçün treninqlərə başlayır.
Moderator.az xəbər verir ki, 3 ay davam edəcək treninqlərdə televiziya və radio, agentlik və saytlarda çalışan 50-ə yaxın gənc jurnalist, redaktor və aparıcılar iştirak edəcək.
AzTV-nin Teleradio Akademiyasında təşkil olunan treninqlərdə ölkənin tanınmış dilçi mütəxəssislərinin, ustadların iştirakı ilə təcrübə mübadiləsi aparılacaq.