Tərtərdə ana və oğul dəm qazından zəhərlənib.


Moderator.az xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Əzimov Müşviq Əsəd oğlu və anası - 1955-ci il təvəllüdlü Əzimova Sahibə Salman qızı yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib.






Hadisə nəticəsində Müşviq Əzimov ölüb, Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.