Goranboyda 56 yaşlı kişi zəhərlənərək ölüb.


Moderator.az xəbər verir ki, hadisə ötən gün rayonun Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi, ev 10 ünvanında qeydə alınıb.






Məlumata görə, sözügedən mənzildə yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb.


Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.