Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
10 Jan 2026, 19:55 4 baxış 1 dəq oxuma
Azərbaycanın avtomobil yollarında yanvarın 11-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Moderator.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı ehtimalı var.