Xaçmaz rayonunun Qaraqurtlu kəndi yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


Qaraqurtlu kənd sakini, 1967-ci il təvəllüdlü, Tərlan Poladov dəmir yolunu keçmək istəyərkən qatar onu vurub.  






O, ağır vəziyyətdə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.  


Faktla bağlı araşdırma aparılır.


(Apa)