Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bulvar küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
 




Bu barədə Moderator.az-a nazirlikdən məlumat verilib.
 
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "KİA Optima" və “TOYOTA Prius” markalı minik avtomobillərinin toqquşması səbəbindən yanğınla nəticələnən yol-nəqliyyat qəzasının baş verdiyi müəyyən edilib.
 
Yanğın nəticəsində "TOYOTA Prius" markalı minik avtomobilinin yanar hissələri yanıb.
 
Yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.
 
Hadisə zamanı xəsarət alan olmayıb.