Cəlilabad rayonunda yol qəzası baş verib. 
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
 
Belə ki, qəza zamanı motosiklet  təcili tibbi yardım avtomobilinə çırpılıb. Hadisə nəticəsində 2 nəfər - Şamil Abdalov və Şəmistan Musayev xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb. 
 
Faktla bağlı araşdırma aparılır.