Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.


Moderator.az-ın məlumatına görə, raundun son iki qarşılaşmalardan biri Şəkidə, digəri Bakıda baş tutub.






"Şəki" "Sərhədçi"ni 92:75, "Sumqayıt" isə NTD-ni 116:94 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəliblər.


1/4 final mərhələsində bu komandalar üz-üzə gələcəklər.


"Abşeron Lions" – "Şəki"


"Neftçi" – "Gəncə"


"Quba" – "Sabah"


"Ordu" – "Sumqayıt"


Qeyd edək ki, bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.