Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.


Moderator.az-ın məlumatına görə, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb.






Məlumata görə, avtomobili işlək vəziyyətdə saxlayaraq yatan şəxslər - 1977-ci il təvəllüdlü Bayram Hətəmov və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Vüsal Hətəmli dəm qazından boğulublar.




Faktla bağlı araşdırma aparılır.