Türkiyə Kubokunda ikinci turun oyunları çərçivəsində "Beşiktaş" və "Ankara Keçiörengücü" komandaları qarşılaşıblar.


Moderator.az xəbər verir ki, C qrupunda baş tutan görüşdə İstanbul təmsilçisi qalib gəlib - 3:0.






Matçda qolları Temmi Abraham, Əl Bilal Ture və Kartal Kayra Yılmaz vurublar.


Bu nəticə ilə "Beşiktaş" qrupda xallarının sayını altıya çatdırıb. "Ankara Keçiörengücü" isə üç xalda qalıb.