UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.


Moderator.az xəbər verir ki, püşkatma UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.






Türkiyənin turnirdəki yeganə təmsilçisi "Samsunspor"un rəqibi Şimali Makedoniyanın "Şkendiya" klubu olub.


Turnirdə ilk səkkiz yeri tutan komanda birbaşa 1/8 finala vəsiqə qazanıb. 9-cu yerdən 24-cü yerə qədər olan komandalar isə növbəti mərhələyə adlamaq uğrunda iki pley-off oyunu keçirəcəklər. İlk qarşılaşmalar fevralın 19-da, cavab oyunları isə bir həftə sonra baş tutacaq.


Püşkatmanın nəticələri belədir:


"KuPS" (Finlandiya) - "Lex" (Polşa);


"Zrinski" (Bosniya və Herseqovina) - "Kristal Pelas" (İngiltərə);


"Şkendiya" (Şimali Makedoniya) - "Samsunspor" (Türkiyə);


"Siqma" (Çexiya) - "Lozanna" (İsveçrə);


"Noa" (Ermənistan) - "AZ Alkmaar" (Niderland);


"Yagelloniya" (Polşa) - "Fiorentina" (İtaliya);


"Drita" (Kosovo) - "Selye" (Sloveniya);


"Omoniya" (Kipr) - "Riyeka" (Xorvatiya).