“Zaman-zaman köhnə filmlərimizin yeni üslubda, müasir tələblərə uyğun olaraq çəkildiyinin şahidi oluruq. Belə hallarda daha yaxşı iş ortaya qoymaq çox vaxt mümkünsüz olur. Klassik və uğurlu filmlərin yeni versiyada remeyklərinin çəkilməsi geniş qəbul olunmuş praktikadır. Bir qayda olaraq bunlar prodüser təşəbbüsüdür.
Biri var sıfırdan nəsə yaradasan, biri də var artıq yaranmış bir əsərin üzərində işləyəsən. Təbii ki, burada müəllifin, filmi çəkmiş şəxslərin razılığı mütləqdir. Çox nadir hallarda belə versiyalar uğurlar olur. Amma müəyyən nümunələr ola bilər ki, nəzəri cəhətdən uğurlu olsun. Məsələn, “Arşın mal alan” filmi.. Biz həm Rza Təhmasibin çəkdiyinə baxırıq, həm də Tofiq Tağızadənin. Düzdür, belə qəbul olub ki, Rza Təhmasibin filmi daha güclüdür, amma Tofiq Tağızadənin çəkdiyi “Arşın mal alan”-da zəif deyil”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib.