Əməkdar artist Lalə Məmmədova və müğənni Zamiq Hüseynov "İki başlı" proqramında qonaq olublar.


Verilişdə L.Məmmədovadan "Elza Seyidcahanla, yoxsa Əli Mirəliyevlə birlikdə qalmaq istəyərdiniz" deyə, soruşulub:






O, cavabında "Elza ilə. Əli Mirəliyevlə də dil taparam, amma Elza xanımla maraqlı olar" deyə, bildirib.


Zamiq onun bu sözlərini təsdiqləyib və bəzi verilişlərdə Elza Seyidcahan haqqında səsləndirilən fikirləri qınayıb:


"Elza sənətkardır. Onu hamı başa düşmür. Bəzən "xırda verilişlər" olur ki, Elza xanımı lağa qoyurlar, bu, mənim xətrimə dəyir. Elza xanım böyük sənətkardır. O, adi bir insan deyil". (Axşam.az)