Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb.


Moderator.az-ın məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.






Belə ki, "QAZel" markalı yük avtomobili Maşlıq kənd sakini, 1964-cü il təvəllüdlü Şirxan Rəşid oğlu İmanovu vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.