Litva Prezidenti Gitanas Nauseda Azərbaycanın 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsini yad edib.
 




Moderator.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
 
"Litva 1990-cı ilin yanvar ayında sovet təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsini ehtiramla yad etdiyi bu gündə Azərbaycanla həmrəydir.
 
Sovet təcavüzü Azərbaycan xalqının iradəsini qıra bilmədi.
 
Ruhları şad olsun", - deyə prezident bildirib.