ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verdi - FOTO
20 Jan 2026, 10:35 3 baxış 1 dəq oxuma
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib.
Moderator.az xəbər verir ki, səfirliyin sosial media hesablarındakı paylaşımda deyilir:
“Bu gün biz Azərbaycan xalqı ilə birlikdə 1990-cı il yanvarın 20-də Sovet repressiyası zamanı həyatını itirmiş qəhrəman azərbaycanlıların xatirəsini ehtiramla yad edir, bu hüznlü gündə doğmalarını anan ailələrə dərin hüznlə başsağlığı veririk”.