Bakı Metropoliteninin departament rəhbəri vəzifəsindən azad edildi: YENİ TƏYİNAT
21 Jan 2026, 09:15 3 baxış 1 dəq oxuma
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəyişikliyi olub.
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, qurumun Depolarla iş departamentinin rəhbəri Faiq Əhmədov tutduğu vəzifədən azad olunub.
Bu barədə QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. F.Əhmədov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. QSC sədrinin digər əmri ilə həmin vəzifəyə Rəhman Kərimov təyin olunub.