Yazıçı Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən imtina edib.


Moderator.az-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabındakı açıqlamasında bildirib:






"Son qərarımı verdim: AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram. Nə isə...


Fikrimi ilk dəfə burdan bildirirəm: Xoşca qalın, getdim..."


Xatırladaq ki, AYB tərəfindən üzvlük haqqını ödəməyən şəxslərin siyahısının dərc olunacağını bildirilməsi günlərdir müzakirələrə səbəb olub.