Sumqayıt şəhərində minik avtomobilləri toqquşub, xəsarət alanlar var.


Moderator.az məlumat verir ki, hadisə Niyazi küçəsində qeydə alınıb.






Belə ki, "Kia Sorento" və "Mercedes" markalı minik avtomobilləri toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.


Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.


Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.