Yevlaxda dəm qazı faciəsi: 1 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib
22 Jan 2026, 08:55 3 baxış 1 dəq oxuma
Yevlaxda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Nəticədə şəhər sakini, 1959-cu il təvəllüdlü İsmayılov Məhəmməd dəm qazından zəhərlənərək həyatını itirib.
Hadisə zamanı zəhərlənən daha dörd nəfər isə dərhal Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti ilə bağlı müvafiq tibbi tədbirlər görülür.