Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunub.


Moderator.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.






Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N. Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.