Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.
 




Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb.
 
Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
 
Zərərçəkən qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.