Buzovnanın bəzi ərazilərində işıq təchizatında fasilə yaranacaq.
 




Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 
Bildirilib ki, yanvarın 26-da Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək.
 
Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsi Abşeron, Cəfər Cabbarlı, Məmməd Namazov, Sidqi Ruhulla küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.