FHN-nin “112” qaynar xəttinə Sumqayıt şəhərində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə Moderator.az-a FHN-in mətbuat xidmətindən bildirilib.








Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.


Yanğının söndürülməsi istiqamətində işlər görülür.


Əlavə məlumat veriləcək.