Qarabağ regionu üzrə eksternat imtahanların keçiriləcəyi ünvan açıqlanıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, imtahanlar yanvarın 31-i saat 11:00-da Bərdə şəhərində Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunacaq.
 
Qeyd edək ki, 31 yanvar tarixində Bakı və Sumqayıtda da eksternat imtahanlar keçiriləcək.