"Liverpul" hesab arasında fərqi artırıb.


Moderator.az xəbər verir ki, ikinci qolu matçın 21-ci dəqiqəsində Florian Virts vurub - 2:0.








00:20


"Liverpul" oyunda hesabı açıb.


Moderator.az xəbər verir ki, ilk qolu matçın 15-ci dəqiqəsində Aleksis Mak Allister vurub - 1:0.


00:00


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda növbəti oyununa çıxır.


Moderator.az xəbər verir ki, təmsilçimiz "Enfild" stadionunda "Liverpul"un qonağıdır.



UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu - VIII turunda "Qarabağ" bu gecəyarısı növbəti oyununa çıxacaq.


Moderator.az xəbər verir ki, təmsilçimiz İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.


"Enfield Road" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. VAR-da niderlandlı Pol van Boekel, AVAR-da isə belçikalı Yan Boterberq əyləşəcəklər.


Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddi turunda üç qələbə, bir heç-heçə və üç məğlubiyyətdən sonra 10 xal toplamağı bacarıb və turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.


29 yanvar


UEFA Çempionlar Liqası


VIII tur


Saat 00:00, "Liverpul" - "Qarabağ".