Bərdədə mağazada satıcı ölüb.
 




Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində yerləşən bitki dərmanlarının satışı mağazasında baş verib.
 
Əslən rayonun Qaradəmirçi kəndindən olan 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada vəfat edib.
 
Faktla bağlı cinayət işi başlanılıb, ölümün səbəbi araşdırılır.