Cənubi Muğan kanalına suyun verilməsi müvəqqəti olaraq dayandırılıb.


Moderator.az-ın Report-a istinadən məlumatına görə, buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılan təmir-bərpa işləridir.






Kanala suyun verilişinin 10–12 gün müddətində bərpa olunacağı gözlənilir.


Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometr olan kanal İmişli, Biləsuvar və Cəlilabad rayonlarında istifadə olunur.