Xətai Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
 




Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb.
 
Əmrə əsasən, Əhməd Məmmədov rayon icra hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri - baş memar vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, Əhməd Məmmədov indiyədək rayon təsərrüfatı şöbəsində böyük məsləhətçi (memar) işləyib.