Naxçıvan Muxtar Respublikası Ali Məclisində yeni komissiyaların yaradılması planlaşdırılır.



Moderator.az xəbər verir ki, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının 2 fevral tarixində keçiriləcək ilk iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:






1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiqi




2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hesablayıcı komissiyasının yaradılması


3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının yaradılması