Türkiyə Super Liqasında XX turun oyunları davam edir.


Moderator.az xəbər verir ki, günün ilk matçında autsayder “Eyüpspor” səfərdə “Alanyaspor”la üz-üzə gəlib.






Dörd qolun vurulduğu qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qələbə qazanıblar.


“Beşiktaş” isə doğma meydanda “Konyaspor”u qəbul edib. “Qara qartallar” bu görüşdə rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.


Türkiyə Super Liqası

XX tur

15:30. "Alanyaspor" - "Eyüpspor" - 1:3

18:00. "Başakşəhər" - "Rizəspor" - 2:2

21:00. "Göztəpə" - "Karagümrük" - 2:1

21:00. "Beşiktaş" - "Konyaspor" - 2:1