Almaniyanın “Verder Bremen” klubu baş məşqçisi Horst Şteffeni istefaya göndərib.
 




Moderator.az xəbər verir ki, bu barədə qərar Bundesliqanın XX turunda “Borussiya Münhenqladbax” ilə heç-heçədən (1:1) sonra qəbul edilib.
 
Klubun idman direktoru Klemens Frits komandanın ardıcıl 10 oyundur qələbə qazana bilməməsini bu addımın əsas səbəbi kimi göstərib. Şteffenin rəhbərliyi altında keçirilən 20 matçda Bremen təmsilçisi cəmi 4 qələbə qazanıb.
 
Komandanı növbəti oyunlara müvəqqəti olaraq köməkçi məşqçilər Rafael Duarte və Kristian Qross hazırlayacaqlar.