"Barselona" misirli Haalandla müqavilə imzaladı: 17 yaşlı yeniyetmə kimdir?
01 Feb 2026, 19:00 3 baxış 1 dəq oxuma
"Barselona" Afrikanın ən tanınmış yeniyetmə hücumçularından biri ilə müqavilə imzalayıb.
Moderator.az-ın xəbərinə görə, Həmzə Əbdülkərim "Əl-Əhli"dən icarə əsasında Kataloniya klubuna transfer olunub. Oyunçu tibbi müayinədən keçmək üçün yanvarın 31-də Barselonaya gəlib.
"Əl-Əhli"nin futbol direktoru Valid Salah Əl-Din transferi təsdiqləyib:
"Həmzə Əbdülkərim "Barselona"ya transferini başa vurub. Ona uğurlar arzulayıram və ümid edirəm ki, Avropada o qədər uğurlu olacaq ki, bir daha Misirə qayıtmayacaq".
Əbdülkərim cəmi 17 yaşındadır, amma o, artıq "misirli Haaland" adlandırılır və bunun yaxşı səbəbi var: