Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 7–8 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turniri keçiriləcək.


Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq.






İki gün davam edəcək turnirdə 82 ölkədən 526 idmançı mübarizə aparacaq.


Kişilər


-60 kq


Balabəy Ağayev


-66 kq


Nazir Talıbov


Ruslan Paşayev


-81 kq


Zelim Tçkayev


Vüsal Qələndərzadə


-100 kq


Əjdər Bağırov


+100 kq


Uşanqi Kokauri


Kənan Nəsibov