"Arsenal" klubunun İngiltərə Premyer Liqasındakı oyunu təxirə salınacaq.
 




Moderator.az xəbər verir ki, buna London təmsilçisinin İngiltərə Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.
 
Liqa Kubokunun final qarşılaşmasının martın 22-də baş tutacağına görə, martın 21-də keçirilməsi nəzərdə tutulan XXXI turun "Vulverhempton" - "Arsenal" matçı təxirə salınıb.
 
Qeyd edək ki, bu gün keçirilən "Mançester Siti" - "Nyukasl Yunayted" görüşündən sonra "Arsenal"ın finaldakı rəqibi bəlli olacaq.