Hava şəraiti ilə əlaqədar avtobusların hərəkətində gecikmələr var? - AÇIQLAMA
04 Feb 2026, 15:58 3 baxış 1 dəq oxuma
Ölkə ərazisində müşahidə edilən qarlı və soyuq hava şəraitinin ictimai nəqliyyatın, xüsusilə də avtobusların hərəkətinə təsir edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Moderator.az xəbər verir ki, bu barədə Milli.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hazırda müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətində ciddi çətinlik müşahidə edilmir.