Göygöldə 40 yaşlı kişi qətlə yetirilib, meyiti dərəyə atılıb.


Moderator.az-ın məlumatına görə, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.






1986-cı il təvəllüdlü Sabiq Quliyevin üzərində xəsarət izləri olan meyiti dərədən aşkarlanıb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Faktla bağlı araşdırma aparılır.