Xaricdə orta təhsil alan abituriyentlər üçün qəbul imtahanına qeydiyyat tarixi açıqlandı
05 Feb 2026, 09:50 7 baxış 1 dəq oxuma
Xarici ölkələrdə orta ümumtəhsil müəssisəsini bitirən abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak üçün qeydiyyatı fevralın 18-dən martın 5-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) Moderator.az-a bildirilib ki, bu kateqoriyaya aid şəxslər ümumi qaydada elektron ərizə doldurmalı və qəbul elanında göstərilən tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Sənədlər DİM-də və ya Mərkəzin regional bölmələrində yaradılmış Sənədlərin Qəbulu Komissiyalarından (SQK) hər hansı birinə təqdim oluna bilər.