Bakının Nərimanov rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranıb.
 




 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Moderator.az-a bildirilib ki, buna səbəb rayonun Ağa Nemətulla küçəsində magistral xəttin siyirtməsində yaranan nasazlıqlıqdır.
 
Belə ki, saat 12:00-dan işlərə başlanılıb, suyun verilməsində yaranan müvvəqqəti fasilə gün ərzində aradan qaldırılacaq.